Rusiyanin bir sıra bölgələri kütləvi PUA hücumuna məruz qalıb, iri NEZ və bir hərbi müəssisə vurulub

Rusiyanin bir sıra bölgələri kütləvi PUA hücumuna məruz qalıb, iri NEZ və bir hərbi müəssisə vurulub

Bu gün gecə saatlarında Rusiyanın bir neçə regionu pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Hücumlar nəticəsində bir sıra sənaye obyektlərində yanğınlar baş verib.

Bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.

Məlumata görə, zərərçəkən obyektlər arasında neft emalı zavodu, hərbi müəssisə və iri sənaye müəssisəsi var.

Ulyanovskda “Almaz-Antey” konserninin tərkibinə daxil olan “Zavod İskra” elmi-istehsalat müəssisəsinə hücum edildiyi bildirilir. Müəssisənin radioelektron avadanlıqlar, rabitə və xüsusi təyinatlı texnika üçün komponentlər, o cümlədən X-59M2/M2A idarəolunan raketlərinin istehsalı üçün detallar hazırladığı qeyd olunur.

Permdə isə “Lukoyl-Permnefteorgsintez” neft emalı zavodunda yanğın baş verib. Məlumata görə, müəssisənin AVT-5 qurğusunda və ehtimal ki, boru kəmərlərində yanğın ocaqları qeydə alınıb. Zavod ildə 13 milyon tondan çox neft emal etmək gücünə malikdir.

Voronejdə də partlayış səsləri eşidilib və “Voronejsintezkauçuk” müəssisəsinin hücuma məruz qaldığı ehtimal olunur. UNIAN bu müəssisəni Rusiyanın iri kauçuk və termoplastik elastomer istehsalçılarından biri kimi təqdim edir.

Mənbə: apa.az