İstanbuldan Ər-Riyada uçan Türk Hava Yollarının iki təyyarəsi cümə axşamı gecəsi uçuş hava limanlarına qayıdıb.
Bu barədə “Flightradar24” məlumat yayıb.
İlk təyyarə saat 21:59-da yola düşüb, lakin 35 dəqiqə sonra geri dönüb və saat 23:20-də İstanbula eniş edib.
TK140 reysi hava limanından saat 20:43-də yola düşüb, lakin uçuşdan təxminən iki saat sonra Səudiyyə Ərəbistanının şimalında geri dönüb. Daha sonra verilən məlumatlara görə, təyyarə saat 00:16-da İstanbula qayıdıb.
Müəllif: Tural
Mənbə: publika.az