İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü+Video

İngiltərədə zooparkda pələng kişiyə hücum etdi - Hadisə yerində öldü+Video

İngiltərənin Donkaster şəhəri yaxınlığındakı “Yorkshire Wildlife Park” zooparkında faciəvi hadisə baş verib.

Bir nəfər pələnglərin saxlanıldığı əraziyə daxil olduqdan sonra heyvanın hücumuna məruz qalıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həmin şəxs aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Pələngin ictimaiyyət üçün əlavə təhlükə yaratmadığı bildirilib.

Mənbə: qafqazinfo.az