Navai AZADLIĞA BURAXILDI

Navai

Qazaxıstanda narkotik qaçaqmalçılığı şübhəsi ilə həbs edilən Azərbaycan əsilli tanınmış müğənni Navai (Nəvai Bəkirov) girov müqabilində azadlığa buraxılıb.

Bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, məhkəmə onun barəsindəki ilkin məhdudlaşdırıcı tədbirləri dəyişdirib.

Bakirov əvvəlcə müvəqqəti saxlama təcridxanasında saxlanılıb, daha sonra Taraz şəhərindəki 13 saylı istintaq təcridxanasına köçürülüb. Navai narkotik qaçaqmalçılığı ilə bağlı ittihamları rədd edərək, marixuananın icarəyə götürülmüş "Mercedes" markalı avtomobildə aşkar edildiyini bildirib. Sənətçi dünən gecə yenidən istintaq təcridxanasına qaytarılıb, bu gün isə məhkəmə iclası üçün yenidən məhkəməyə gətirilib.

Mənbə: bizim.media