ABŞ-da Ukrayna səfirliyinin ətrafında şübhəli əşya - Yollar bağlandı

ABŞ-da Ukrayna səfirliyinin ətrafında şübhəli əşya - Yollar bağlandı

Vaşinqtonda Ukrayna səfirliyinin yaxınlığında şübhəli bir əşyanın aşkar edilməsindən sonra təhlükəsizlik qüvvələri səfirlik ətrafındakı yolları bağlayıb.

Agentliyin polisə istinadən verdiyi məlumata görə, hadisə yerində mütəxəssislər işləyir və araşdırma davam edir.

Hüquq-mühafizə orqanları əhalini həmin ərazidən uzaq durmağa çağırıb.

Mənbə: qafqazinfo.az