Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Oktyabrın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində əməliyyat-qoşun tədbirləri həyata keçirilib.

Bununla bağlı DSX məlumat yayıb.

Bildirilib ki, nəticədə Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə: qafqazinfo.az