Xəzər dənizində qayıq aşdı: Balıqçı öldü

Xəzər dənizində qayıq aşdı: Balıqçı öldü

Dağıstanda, Xəzər dənizinin Sulak çayının mənsəbindən cənub-şərqdə yerləşən akvatoriyasında qayıq aşıb.

Lent.az-a istinadla xəbər verilir ki, hadisə nəticəsində iki nəfər dənizə düşərək itkin düşüb.

İtkin düşənlərin axtarışına Rusiya Fövqəladə Hallar Nazirliyinin 28 əməkdaşı və 12 xüsusi texnikası cəlb olunub.

Axtarışlar nəticəsində dənizdə itkin düşən kişilərdən birinin meyiti tapılıb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

Qeyd olunur ki, itkin düşənlər balıqçılar olub. İkinci şəxsin axtarışları davam etdirilir.

Hadisənin başvermə səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

Mənbə: publika.az