Vətən müharibəsi iştirakçısı, 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.
Unikal-a istinadən xəbər verilir ki, hadisə Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisində baş verib.
Qeyd edək ki, mərhum könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
***
Əldə etdiyimiz məlumata görə, oktyabrın 21-də gecə saatlarında Qobustan qəsəbəsində şəxsi münasibətlər zəminində 1998-ci il təvəllüdlü Vüqar Şirinzadə həmyaşıdı Rahib Əminovu kəsici alətlə qətlə yetirib, onun qardaşı Elminə xəsarət yetirib.
Polis tərəfindən keçirilən tədbirlərlə V.Şirinzadə saxlanılaraq istintaqa təhvil verilib.


Mənbə: qafqazinfo.az