Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - Video

Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi -

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, buna səbəb hakimlərə verilən etiraz ərizələrinin həlli və materialın başqa məhkəməyə göndərilməsi məsələsinə baxılmasıdır.

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar verilib.

Oxu.Az Real TV-yə istinadən xəbər verir ki, Emin Rəhimov və Elmar Cəfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Şübhəli bilinən digər şəxslərin də ifadələri davam edir.

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.

Oxu.Az Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.

Qeyd olunur ki, hazırda şübhəli şəxslərin ifadələri alınır.

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.

Oxu.Az Real TV-yə istinadən xəbər verir ki, hazırda iki nəfər hakim qarşısına çıxarılıb.

Qeyd olunur ki, şübhəli şəxslər Xətai Rayon Məhkəməsində ifadə verəcəklər.

Qeyd edək ki, hadisə zamanı öldürülən Ceyhun ətrafında "Ceyhun Sabunçu" adı ilə tanınıb.

Məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib. Əhməd Əlizadə əvvəllər də işlədiyi cinayət əməllərinə görə məhkum olunub.

Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Onlardan Elmar Cəfərov və Emin Rəhimov qəsdən adam öldürməkdə şübhəli bilinirlər.

Mənbə: oxu.az