Mustafanın ailəsində skandal - qayınanasının milyonlarına əl qoyuldu

Mustafanın ailəsində skandal -

Türkiyəli müğənni Mustafa Sandalın qayınanası Reyhan Sütşurupun bank hesabındakı 3 milyon dollara həbs qoyulub.

Bu barədə “Nefes” nəşri məlumat yayıb.

Qərar İstanbul prokurorluğunun investisiya fondları ilə bağlı apardığı istintaq çərçivəsində qəbul edilib.

İstintaq zamanı Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandal və onun atası, iş adamı Cihan Sütşurupun “TERA Portföy” fondları vasitəsilə qanunsuz gəlir əldə etdikləri iddia olunur. Əldə edilən gəlirin ümumi məbləğinin təxminən 3 milyard lirə olduğu bildirilir.

Məlumata görə, ifadə verməyə çağırılan ata və qızı barələrindəki çağırışlara cavab verməyiblər. Onların əmlakına həbs qoyulub və barələrində həbs qərarı çıxarılıb.

Xaricdə olduqları deyilən Melis Sütşurup Sandal və Cihan Sütşurupun vəkilləri vasitəsilə pulları geri qaytarmaq istədiklərini bildirdikləri qeyd olunur.

Mustafa Sandal isə həyat yoldaşı ilə heç bir maliyyə ortaqlığının olmadığını açıqlayıb.

O, 32 ildir musiqi sahəsində öz əməyi ilə çalışdığını və həyat yoldaşı ilə yalnız ailə münasibətlərinin olduğunu vurğulayıb.

İstintaq davam edir.

Mənbə: publika.az