İspaniyada ARA QARIŞDI: Əhali hökumət binasına HÜCUM ÇƏKDİ - VİDEO

İspaniyada ARA QARIŞDI: Əhali hökumət binasına HÜCUM ÇƏKDİ - VİDEO

Madriddə ötən gecə dəmir yolu qəzasından sonra kütləvi toqquşmalar alovlanıb.

Musavat.com xəbər verir ki, yüzlərlə etirazçı Nəqliyyat Nazirliyinin binası qarşısına toplaşaraq nazir Oskar Puentenin və Baş nazir Pedro Sançesin dərhal istefasını tələb edib.

Aksiyaya Toledo əyalətində baş verən dəhşətli dəmir yolu fəlakəti səbəb olub.

Son məlumatlara görə, faciə nəticəsində ən azı 68 nəfər həlak olub, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Etirazçılar “Qatillər!” şüarları səsləndirərək polisin mühafizə səddini yararmağa cəhd göstəriblər.

Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf siqnal fişəngləri və digər əşyalar atıblar.

Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan, rezin güllələrdən və rezin dəyənəklərdən istifadə edib.

İğtişaşlar zamanı yaralananların və saxlanılanların olduğu bildirilir.

Mənbə: musavat.com