Oman sahillərində yük gəmisi yanır

Oman sahillərində yük gəmisi yanır

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) Hörmüz boğazının Oman sahillərində bir gəmidə yanğın baş verdiyinə dair məlumat yayıb.

Musavat.com təşkilatın saytında yerləşdirilən məlumatab istinadən xəbər verir ki, hadisə Omanın Xasab şəhərindən 25 km şimal-şərqdə, Hörmüz boğazında qeydə alınıb.

Üçüncü tərəf mənbəyinə görə, yanğın tranzit gəmidə baş verib. Səbəb hazırda məlum deyil.
Ekipajın vəziyyəti, ziyan və ya ətraf mühitə təsiri barədə də heç bir məlumat yoxdur.

Mənbə: musavat.com