Bakı Humanitar Kollecində dəhşət - Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

Bakı Humanitar Kollecində dəhşət -

Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb.

"Bakupost"a istinadən xəbər verilir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media