Bakıda qıza görə tələbənin qanını tökdülər - VİDEO

Bakıda qıza görə tələbənin qanını tökdülər - VİDEO

Bakı Humanitar Kollecində tələbələr arasında baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüat məlum olub.

"Xəzər" TV-yə istinadən xəbər verilir ki, hadisə ilə bağlı şahidlər danışıb.

Onların sözlərinə görə, həmin şəxslərdən biri kollecin digər korpusunda təhsil alıb və səhər saatlarında bu binaya gəlib. Şahidlər bildirirlər ki, hadisəyə səbəb bir qız olub.
Kollecin məlumatına əsasən, xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib. Hazırda səhhətinin qənaətbəxş olduğu deyilir.


Mənbə: www.bakupost.az