“BYD” şirkəti ikinci nəsil “Seal 07” sedanını təqdim edib. Elektrik və şarj edilə bilən hibrid versiyalarda satışa çıxarılan avtomobil 775 kilometrədək məsafə qət edə bilir.
Tam elektrikli model 76,7 kVt/saat tutumlu yeni “Blade 2.0” batareyası ilə təchiz olunub. İstehsalçının məlumatına görə, xüsusi sürətli şarj texnologiyası ilə batareyanı 9 dəqiqəyə 10 faizdən 97 faizə qədər doldurmaq mümkündür.
Avtomobil 245 kVt gücündə elektrik mühərriki ilə təchiz edilib və saatda 100 kilometr sürətə 5,5 saniyəyə çatır.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az