Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Publika.az xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Mehdiyev Nəcməddin Fəxrəddin oğlu onun ünvanın qeyri etik ifadə işlədən şəxslə əlbəyaxa dava edib.
Dava zamanı Mehdiyev bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: publika.az