Eyni adı daşıyan nəvə və nənə eyni gündə öldü - FOTO

Eyni adı daşıyan nəvə və nənə eyni gündə öldü  - FOTO

Türkiyənin Antalya və İsparta şəhərlərində eyni gündə baş verən iki ölüm hadisəsi diqqət çəkib.

Türkiyə KİV-ə istinadla xəbər verilir ki, Antalyanın Serik rayonunda yaşayan 36 yaşlı Naime Tekin noyabrın 7-də xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada vəfat edib. Təxminən bir ildir müalicə alan Naime Tekin ailəli və bir uşaq anası olub.

Nəvəsinin ölüm xəbərini alan İspartada yaşayan 87 yaşlı nənəsi Naime Tekin də həmin gün həyatını itirib. Beləliklə, eyni adı daşıyan nəvə və nənənin ölümü eyni günə təsadüf edib.
Onların hər ikisinin dəfn mərasimi bu gün keçiriləcək.

Mənbə: www.bakupost.az