Gəncədə kuryer motosikleti avtobusla toqquşdu - Foto

Gəncədə kuryer motosikleti avtobusla toqquşdu -

Gəncədə motosiklet hərəkətdə olan avtobusla toqquşub.

Hadisə şəhərin Ozan küçəsində baş verib.

"Baku Bus"-a məxsus sərnişin avtobusunun motosiklet sürən kuryerlə toqquşması nəticəsində kuryer, 2004-cü il təvəllüdlü R.Paşayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Gəncədə kuryer motosikleti avtobusla toqquşdu - Foto - foto 1
Gəncədə kuryer motosikleti avtobusla toqquşdu - Foto - foto 2
Gəncədə kuryer motosikleti avtobusla toqquşdu - Foto - foto 3

Mənbə: bizim.media