Ermənistanda Rusiya hərbi bazasının iki hərbçisi saxlanıldı

Ermənistanda Rusiya hərbi bazasının iki hərbçisi

Ermənistanda Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının iki hərbçisi insidentdən sonra saxlanılıb.

Bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosu məlumat yayıb.

Bildirilib ki, hazırda hər iki hərbçi Ermənistan həbsxanasında saxlanılır.

Nəşrin məlumatına görə, hadisə təxminən bir ay əvvəl baş verib. Ukrayna vətəndaşı Dmitri Samuylenko Gümrü ərazisində iki hərbçi tərəfindən döyüldüyünü bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.


Ermənistan İstintaq Komitəsi faktla bağlı cinayət işi açıldığını və məhkəmə-tibbi ekspertizasının təyin edildiyini açıqlayıb.

Hərbçilərin ukraynalını hansı səbəbdən döydüyü məlum deyil.

Qeyd edək ki, nə Rusiyanın Ermənistandakı hərbi bazası, nə də İrəvandakı Rusiya səfirliyi hadisə ilə bağlı açıqlama verib.

Mənbə: bizim.media