Kanadanın minlərlə tələbə yaşayış və təhsil xərclərinin artmasına etiraz olaraq nümayiş keçirib.
Bizim.Media “CTV News” telekanalına istinadən xəbər verir ki, hadisə Monreal şəhərində qeydə alınıb.
Mənbə yazır ki, aksiya tələbə həmkarlar ittifaqlarının birliyini müdafiə edən “CRUES” koalisiyasının təşkilatçılığı ilə baş tutub.
Nümayişlər zamanı bəzi iştirakçılar Monreal Dünya Ticarət Mərkəzinin binasının şüşələrini sındırıblar.
Etirazçıların bir qisminin polis əməkdaşlarına daş atmasından sonra qarşıdurma yaranıb.
Hüquq-mühafizə orqanlarına hücum etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Mənbə: bizim.media