14 yaşlı qızın canlı yayımı faciə ilə nəticələndi - Anbaan video

14 yaşlı qızın canlı yayımı faciə ilə nəticələndi -

Yaponiyada 14 yaşlı Ruka TikTok-da canlı yayım zamanı yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin balkonundan yıxılaraq həyatını itirib.

Bizim.Media Haberler.com-a istinadən xəbər verir ki, orta məktəb şagirdi başından ağır xəsarət alıb və hadisə nəticəsində ölüb.

Yeniyetmənin canlı yayım zamanı dediyi son sözlər diqqət çəkib. Dostlarının və yayımı izləyənlərin bildirdiyinə görə, o, “Acam”, “Qorxuram” və “Bu təhlükəlidir” kimi ifadələr işlədib. Bundan sonra canlı yayım qəfil kəsilib.

Məlumata görə, Ruka son vaxtlar şəxsi problemlər və psixoloji təzyiqlərlə mübarizə aparırmış.

Yaponiya polisi 14 yaşlı qızın ölümünün səbəblərini və hadisədən əvvəl baş verənləri araşdırır.

Bizim.Media

Mənbə: bizim.media