Türkiyədə “Sözcü TV” və “Sözcü.com.tr”yə qarşı polis əməliyyatı keçirilib.
Publika.az yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı telekanalın binasında axtarış aparılıb, bəzi rəhbər şəxslər saxlanılıb.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 4 nəfər barəsində saxlanılma qərarı verilib. Saxlanılanlar arasında İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş menecer Asım Akgül də var.
Əməliyyatdan sonra Əmanətlərin Sığortalanması Fondunun (TMSF) "Sözcü TV" və "Sözcü.com.tr" üçün idarəçi (qəyyum) təyin edildiyi bildirilib. Qeyd olunub ki, idarəçi təyin edilməsi ilə bağlı qərar bütün "Sözcü" Media Qrupunu əhatə etmir.
Mənbə: publika.az