ABŞ-ın Arizona ştatında, Böyük Kanyon Milli Parkı yaxınlığında Piper Comanche tipli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti (NPS) məlumat yayıb.
Təyyarənin qalıqları noyabrın 16-da yerli vaxtla saat 10:15 radələrində Basin adlanan ərazidə aşkarlanıb. Qəzadan sağ çıxan olmayıb.
Təyyarənin itkin düşməsi barədə məlumat xilasedicilərə noyabrın 15-də gecə saatlarında daxil olub. Onun sonuncu dəfə Böyük Kanyonun şimal hissəsində qeydə alındığı bildirilib.
Axtarış işləri termal kameralar və gecəgörmə cihazları ilə təchiz edilmiş hava vasitələrinin köməyi ilə aparılıb. Qəzanın səbəbləri araşdırılır.
Mənbə: publika.az