Bakıda sürücü sükan arxasında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsinin ərazisində baş verib.
Gecə saat 01 radələrində Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Rüfət Həsənovun meyiti özünə məxsus “Changan” markalı avtomobildə aşkar edilib.
Onun infarktdan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az