Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova xəstəxanadan evə buraxılıb.
TƏBİB-in məlumatına görə, aparılan müalicə nəticəsində onun ümumi vəziyyəti stabilləşib. Səmayə Həşimova ambulator müalicəsini davam etdirmək üçün evə buraxılıb.
Xatırladaq ki, Milli Qəhrəmanın anası noyabrın 4-də səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
Mənbə: unikal.az