Moldova hava məkanını bağladı - Video

Moldova hava məkanını bağladı -

Moldova hakimiyyəti Kişinyov səmasında “Shahed” tipli pilotsuz uçuş aparatı aşkarlandıqdan sonra ölkənin hava məkanını bağlayıb.

Bu barədə Moldova hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Hava Əməliyyatları Mərkəzi səlahiyyətli qurumlarla koordinasiyalı şəkildə vəziyyəti izləməyə davam edir.

Eyni zamanda, sosial şəbəkələrdə paytaxt Kişinyov üzərində uçan dronun görüntüləri yayılıb.




Mənbə: bizim.media