Rusiyada bağırsaq xərçənginə qarşı yeni peyvənd tətbiq olunur

Rusiyada bağırsaq xərçənginə qarşı yeni peyvənd tətbiq olunur

Rusiyada yoğun bağırsaq xərçənginin müalicəsi üçün yeni mRNT peyvəndinin klinik tətbiqinə başlanılıb.

Bu barədə Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FMBA) rəhbərinin müavini İqor Borisyeviç məlumat verib.

Onun sözlərinə görə, “Onkopept” adlanan preparat hazırlanıb, qeydiyyatdan keçib və artıq klinik praktikada tətbiqinə başlanılıb.

Peyvənd konkret xəstənin xərçəng hüceyrələrindəki neoantigenlər əsasında hazırlanır. Hazırda preparatın klinik tətbiqi üçün xəstələrin seçimi aparılır.

Mənbə: publika.az