Antalyaya uçan təyyarədən bomba təhlükəsi siqnalı verildi

Antalyaya uçan təyyarədən bomba təhlükəsi siqnalı verildi

“Azimut” aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Antalyaya uçan “Sukhoi Superjet 100” təyyarəsinin göyərtəsindən mümkün partlayıcı qurğu ilə bağlı siqnal daxil olub.

Hadisə Türkiyənin hava məkanında baş verib.

“HavaSosyalMedya” aviasiya portalının məlumatına görə, siqnalın daxil olmasından sonra Türkiyənin təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Antalya hava limanına eniş etdikdən sonra təyyarənin xüsusi ayrılmış təhlükəsiz əraziyə yönləndirilməsi planlaşdırılır. Orada mütəxəssislər mümkün partlayıcı qurğunun olub-olmadığını yoxlayacaqlar.

Mənbə: bizim.media