Hövsanda su təchizatı ilə bağlı qəza - Bərpa vaxtı açıqlandı

Hövsanda su təchizatı ilə bağlı qəza - Bərpa vaxtı açıqlandı

Hövsan qəsəbəsinin bəzi ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, fasiləyə səbəb su şəbəkəsinin xəttində baş vermiş qəza olub. Hazırda qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində intensiv işlər aparılır.

Qeyd olunub ki, suyun əvvəlki qrafiklə verilməsi noyabrın 19-da gün ərzində təmin ediləcək.

Mənbə: qafqazinfo.az