Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi

Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi

İtaliyanın keçmiş polis rəisi Canni De Cennaro 78 yaşında Toskanadakı bağ evində ölü tapılıb.

Publika.az xəbər verir ki, o, 1992-ci ildə mafiya tərəfindən hakim Paolo Borsellino və beş mühafizəçisinin qətlə yetirilməsi ilə bağlı istintaqa mane olmaqda şübhəli bilinirdi. De Cennaro ittihamları qəbul etmirdi.

Prokurorluq De Cennaronun ev dustaqlığına alınmasını tələb etsə də, məhkəmə vəsatəti rədd etmişdi. İttiham tərəfi qərardan apellyasiya şikayəti verib və şikayətə dekabrın 1-də baxılması gözlənilirdi.

İtaliya mediası onun intihar etdiyini yazıb. Ölümünün halları ilə bağlı ayrıca araşdırma başlanıb.

Qeyd edək ki, De Cennaro 2000–2007-ci illərdə İtaliya polisinin rəhbəri vəzifəsində çalışıb.

Mənbə: publika.az