İtaliyada 200 min insan cəmiyyətdən təcrid olunub - Valideynləri ilə belə danışmırlar

İtaliyada 200 min insan cəmiyyətdən təcrid olunub -

İtaliyada təxminən 200 min insan könüllü sosial təcrid sindromundan - hikikomoridən əziyyət çəkə bilər.

Bu barədə ANSA agentliyi “Hikikomori Italia” assosiasiyasının təsisçisi, psixoloq Marko Krepaldiyə istinadən məlumat yayıb.

Asılılıq problemləri ilə bağlı parlamentə təqdim edilən illik hesabata görə, 2025-ci ildə İtaliyada 50 mindən çox yuxarı sinif şagirdi altı aydan artıq sosial təcrid şəraitində yaşayıb. Şagirdlərin daha 2,5 faizində isə qapanmanın ilkin əlamətləri müşahidə olunub.

2017-ci ildən indiyədək assosiasiyaya yardım üçün 10 mindən çox müraciət daxil olub.

Bəzi hallarda sosial təcrid o qədər dərinləşir ki, insanlar hətta valideynləri ilə də ünsiyyətdən imtina edirlər. Gənclərdən biri illərlə ailə üzvləri ilə yalnız otağının qapısının altından ötürdüyü qeydlər vasitəsilə əlaqə saxlayıb.

Müəllim: Adəm

Mənbə: publika.az