Bu ölkədə rus turistlərə hücum edən manyak peyda olub

Bu ölkədə rus turistlərə hücum edən manyak peyda olub

Vyetnamda qartal döyməsi olan aqressiv bir kişi daim Rusiya vətəndaşlarına hücum edir.

Publika.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Bildirilir ki, o, sonuncu dəfə rusiyalı turist, yoqa müəllimi Valentina İstratiyə hücum edib, onun başına bir neçə dəfə zərbə vurub.

Xəstəxanada ona beyin silkələnməsi və çoxsaylı yumşaq toxumaların qançırlar diaqnozu qoyulub. Qadın polisə və yerli prokurorluğa ərizə təqdim edib, həmçinin Rusiya konsulluğuna da məlumat verib.

Rusiyalı turistlər küçələrdə həmin şəxsi mütəmadi olaraq gördüklərini bildiriblər. Deyilənə görə, o, bir neçə ay əvvəl başqa bir qadına bıçaqla hücum edib. Bundan əlavə, bu kişi yoldan keçənlərin rus dilində danışdığını eşidərsə, onları təqib etməyə və hədə-qorxu gəlməyə başlayır.

Nəşr bildirir ki, yerli sakinlər onu aqressiv davranışı zamanı dəyənəklə də döyüblər. Turistlər onun niyə hələ də həbs olunmadığını başa düşmürlər. Qeyri-sabit davranışına görə ona "manyak" da deyirlər.

Mənbə: publika.az