İsmayıllı sakini bıçaqlandı

İsmayıllı sakini bıçaqlandı

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 26-da gecə saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Asim İsmayılov bıçaq xəsarətləri alıb.

Ona xəsarət yetirməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Musa Xəlilli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Mənbə: bizim.media