Rusiyada maraqlı həbs həyata keçirilib.
RİA Novosti-yə istinadən xəbər verilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları özünü Müdafiə Nazirliyinin generalı kimi təqdim edən və insanları işə düzəltmək vədi ilə aldadan şəxsi saxlayıblar. Hadisə Belqorod vilayətində baş verib. O, bir vətəndaşdan 1,5 milyon rubldan çox pul alıb.
Güc strukturlarındakı mənbəsinə istinad edən nəşr yazıb ki, yalançı general 1960-cı il təvəllüdlü İvan Morozov olub.
Agentliyin həmsöhbətinin sözlərinə görə, İvan özünü Rusiya Müdafiə Nazirliyinin "məxfi xidmətinin" general-polkovniki və Belqorod vilayətində antiterror əməliyyatı rejiminin təmin edilməsinə cavabdeh olan güc blokunun rəhbəri kimi qələmə verib. O, vətəndaşları hüquq-mühafizə orqanlarında əlaqələrinin olduğuna inandıraraq onlara problemlərini həll etməyi təklif edirmiş. Daha sonra isə "general" onların əmlakını ələ keçirərək mülkərdən istədiyi kimi istifadə edib:
"Morozov zərərçəkənlərdən birinə hüquq-mühafizə orqanlarına işə düzəldəcəyini vəd edərək 1,5 milyon rubldan çox pul alıb. Bu zaman o, zərərçəkəndən məlum pulun könüllü şəkildə borc verilməsi barədə qəbz yazmağı da tələb edib".
Faktla bağlı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxsi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda müstəntiqlər onun digər dələduzluq epizodlarını və zərərçəkənləri müəyyənləşdirirlər.
Müəllif: Tural
Mənbə: publika.az