Bakıda yaşayış binasında YANĞIN – Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında YANĞIN –

Bakıda mənzildə yanğın olub.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin yataq otağında 1 ədəd masa və geyim əşyaları qismən yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Mənbə: bizim.media