Ukraynanın məşhur aktyoru Andrey Pavlenko Rusiya ordusu ilə döyüşlərdə həlak olub.
Bu barədə onun həyat yoldaşı məlumat yayıb.
A.Pavlenkonun hansı şəraitdə öldüyü açıqlanmayıb.
Qeyd edək ki, A.Pevlenko 70-ə yaxın film və serialda, o cümlədən “Pis-yaxşı polis”, “Taleyin ipləri”, “Qadın həkimi”, “Evə gedən yol” kimi ekran əsərlərində rol alıb.
Mənbə: axar.az