Gəncədə mübahisə bıçaqlanma ilə NƏTİCƏLƏNDİ

Gəncədə mübahisə bıçaqlanma ilə

Gəncədə 32 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Elyar Abbasov bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə E.Abbasov tanıdığı şəxs tərəfindən aralarında düşən mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

Mənbə: bizim.media