Gəncədə yeniyetmə naməlum şəraitdə bıçaqlandı

Gəncədə yeniyetmə naməlum şəraitdə bıçaqlandı

Gəncədə 15 yaşlı yeniyetmə naməlum şəraitdə bıçaqlanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Bağbanlar" qəsəbəsində, N. Rəfibəyli küçəsində baş verib.

2009-cu il təvəllüdlü Hüseyn Səttarzadə bədənin kəsilmiş deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən, hansı şəraitdə bıçaq xəsarəti alması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: bizim.media