Xəbər verdiyimiz kimi, Şəmkirdə 3 azyaşlı göldə boğulub.
Onlarr rayonun Qədimqala kəndi ərazisindəki süni göldə boğulan uşaqlar kənd qəbiristanlığında dəfn ediliblər.
Xatırladaq ki, bədbəxt hadisə zamanı ölən 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli qardaş olublar.
Məlumata görə, onlar 2021-ci il təvəllüdlü əmisi oğlanları İsmayıl Nəriman oğlu Nadirlini xilas etmək istəyərkən hər üçü boğulublar.
Mənbə: metbuat.az