Evi yararsız hala düşən ailəyə çadır quruldu - FOTOLAR

Evi yararsız hala düşən ailəyə çadır quruldu -

Şabran rayonunun Sincanboyad kəndində ev yararsız hala düşüb.

Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi evin yaşayış üçün yararsız vəziyyətə düşməsi və ailənin yaşayış yerinin olmaması ilə bağlı FHN-ə məlumat daxil olub.

Bununla əlaqədar qurumun Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.



Mənbə: qafqazinfo.az