Lənkəranda 3 yaşlı uşağı “tok” VURDU

Lənkəranda 3 yaşlı uşağı “tok”

Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub

Sabirabad rayon sakini, 2022-ci il təvəllüdlü A. Səmədzadə (qız) elektrik cərəyanı vurması səbəbindən ürəyi dayanmış vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb.

Həkimlərin səyi nəticəsində uşağın ürək fəaliyyəti bərpa olunub və vəziyyəti stabilləşib.

İlkin məlumata əsasən, azyaşlı soyuducunun elektrik naqillərinə toxunduğuna görə cərəyan vurub. Hazırda onun müalicəsi davam etdiyindən, Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sabutay Nağıyev

Mənbə: bizim.media