İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhərinin sakinlərini şimala təxliyə olunmağa çağırıb.
Axar.az xəbər verir ki, bunu ÇAXAL rəsmisi Avixay Edri X səhifəsində yazıb.
“Hazırda Rəfahın Tel Sultan bölgəsində olan qəzzalılara təcili xəbərdarlıq: İsrail ordusu bu bölgədə antiterror əməliyyatına başlayıb. Oranı dərhal tərk edin və Əl-Məvasi bölgəsinə doğru gedin", - Edri bildirib.
Qəzza sakinlərinə avtomobillə təxliyə olunmağa icazə verilməyib.
Mənbə: axar.az