Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə onun qızı məlumat verib.

Bildirib ki, atası bu gün gündüz saatlarında vəfat edib.

Qeyd edək ki, bir ay öncə aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşmışdı.

Mənbə: qafqazinfo.az