Tehran yaxınlığında güclü zəlzələ oldu

Tehran yaxınlığında güclü zəlzələ oldu

İranın paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərində 4 bal gücündə zəlzələ baş verib.

Axar.az cəbər verir ki, bu barədə “Mehr” agentliyi İran rəsmilərinə istinadən məlumat yayıb.

Zəlzələnin episentri Tehran və Əlborz əyalətləri arasında yerləşən Məhdəştdə yerləşib.

Yeraltı təkanlar yerli vaxtla saat 21:00-da qeydə alınıb və Tehranın qərbindəki Səfadəştdə də hiss olunub.

Zəlzələ yerin 8 km dərinliyində olub.

Mənbə: axar.az