Ötən gün İstanbulun Silivri sahillərində baş verən zəlzələ bu il aprelin 23-də baş verən zəlzələlərin davamıdır.
Buunu türkiyəli geoloq Şənər Üşümezsoy bildirib.
Üşümezsoyun sözlərinə görə, bölgədə dərin bir fay xətti mövcuddur və bu xətt hissə-hissə qırılır:
“Bu zəlzələ 2019-cu və 23 apreldə olan zəlzələlərin davamıdır. Çökəkliyə doğru gedən bu sahədə 6 bal gücündə zəlzələ ola bilər. Bu, dərin bir faydır. Fay yavaş-yavaş qırılır. Bir anda 7 və ya 7,2 bal gücündə zəlzələ olacağına dair tezis artıq qüvvədən düşüb. Ona görə də qorxulu bir vəziyyət yoxdur”.
Üşümezsoy qeyd edib ki, Avcılar qarşısında baş verən kiçik zəlzələlər insanlarda narahatlıq yarada bilər, lakin onlar əsas fay xətlərinə aid deyil.
Riskli bölgələr barədə danışan alim, Kütahyanın Simav rayonunu xüsusi olaraq vurğulayıb:
“Simav dağının qarşısında yerləşən Simav çökəkliyinin şərq hissəsində 1971-ci ildə 7,1 bal gücündə zəlzələ olmuşdu. Qərb hissəsində isə o illərdə 6,5 bal gücündə zəlzələ baş vermişdi. Hazırda aktiv gördüyüm hissə Simav dağının önüdür”.
Mənbə: axar.az