Moskvada yerləşən çoxmərtəbəli binada partlayış olub

Moskvada yerləşən çoxmərtəbəli binada partlayış olub

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

Bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb.

Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.

Mənbə: apa.az