“Türkiyə siyasətçilərinə rüvşət ötürmüşən” deyən Önal Haaqa öldürüldü

“Türkiyə siyasətçilərinə rüvşət ötürmüşən” deyən Önal Haaqa

Haaqa yaxınlığındakı Rijsvijk şəhərində otelin terrasında güllələnən Türkiyənin iş adam Cəmil Önal olduğunu Niderland polisi təsdiqləyib.

Komp1.guru saytına istinadən xəbər verilir ki, Hollandiya Milli Polisinin sözçüsü Mişel Molenaar “öldürülən şəxsin 41 yaşlı Cəmil Önal olduğunu təsdiqləyirik. Şübhəli şəxslərlə bağlı istintaq tam sürətlə davam edir. Bu məqsədlə istintaq qrupu yaradılıb” deyib. Məlum olub ki, Cəmil Önal öldürülməzdən əvvəl o, rəsmilərə xəbərdar edibmiş ki, türk siyasətçilərinə qanunsuz qumar sindikatı adından rüşvət ötürüldüyü barədə məlumat olduğu üçün həyatı təhlükədədir. Cəmil Önal daha əvvəl mediaya açıqlamasında qeyri-qanuni qumar sindikatı adından türk və Şimali Kipr siyasətçilərinə əhəmiyyətli ödənişlər etdiyini bildiribmiş.

Onal bu barədə sui-qəsdən cəmi bir neçə gün əvvəl “Follow the Money” nəşrinə hücuma məruz qalacağını gözlədiyini deyibmiş. Onun vəkilinin dediyindən belə anlaşılıb ki, bu barədə Niderland hakimiyyətinə məlumat veriblər. Şəxsi təhlükəsizliyi ilə bağlı adının çəkilməsini istəməyən vəkil “bu ciddi təhlükə barədə bir neçə dəfə prokurorluğa məlumat verilib” deyib. Niderland prokurorluğu Önal və vəkilindən təhdid barədə məlumat aldıqlarını təsdiqləyib.

326938.jpg (27 KB)

Türkiyə rəsmiləri 2022-ci ildə qeyri-qanuni qumardan ayda təxminən 80 milyon dollar qazandığı iddia edilən türk əsilli iş adamı Halil Fəlalinin qətlinin suçlusu kimi Önalın adını çəkib.

Önal isə bildirib ki, Fəlalinin qətli ilə heç bir əlaqəsi yoxdur. Hollandiya polisi 2023-cü ilin dekabrında Türkiyədən beynəlxalq order əsasında Önalı həbs edib. Amma onu ölkəsinə ekstradisiya etməyib. Həbsxanadan 20 saatdan çox eksklüziv müsahibə verən Önal qumar biznesinin görünməmiş təfərrüatlarla jurnalistlərə açıqlayıb. Fevral ayında araşdırma dərc edildikdən bir ay sonra Önal həbsdən buraxılıb. Önal jurnalistlərə deyib ki, o, Fəlali adından Türkiyə və Şimali Kiprdə hakim partiya siyasətçilərinə ayda təxminən 15 milyon dollar ödəniş edib.

Önal bir müddət əvvəl Şimali Kiprdə çıxan “Bugün Kıbrıs” qəzetinə danışaraq, rüşvət iddialarını təkrarlamışdı. Önalın iddialarından türkiyəli müxalifəti hökumətə qarşı istifadə etməyıə cəhd edib. AKP deyilənləəri “qara kampaniyası” adlandırıb. Türkiyə Xarici İşlər Nazirliyi iddiaların "əsassız" olduğunu bildirib və hüquqi addım atmaqla hədələyib.

Mənbə: musavat.com