Ukraynada davam edən döyüşlər zamanı Rusiyanın 76-cı Pskov desant diviziyasının komandiri, polkovnik Əbdüləziz Şihabidov öldürülüb.
Ukrayna mediasına istinadən xəbər verilir ki, sözügedən diviziya 2022-ci ildə müharibənin başladığı ilk günlərdə Buça şəhərində dislokasiya olunmuşdu.
Jurnalist araşdırmalarına görə, həmin diviziya Buça şəhərində mülki əhaliyə qarşı qətliamlarda iştirak edib.
Şihabidov iki ay öncə Pskov diviziyasının komandiri təyin edilmişdi.
Mənbə: axar.az