Türkiyədə helikopter dənizə məcburi eniş etdi – VİDEO

Türkiyədə helikopter dənizə məcburi eniş etdi –

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter dənizə məcburi eniş edib

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, "Denizkurdu-2/2025" təlimi çərçivəsində Antalya sahillərində uçuş fəaliyyəti həyata keçirən Hərbi Dəniz Qüvvələrimizə məxsus SH-70 helikopteri texniki nasazlıq səbəbindən dənizə təcili eniş edib.

Helikopterdə vəzifə yerinə yetirən 4 nəfər şəxsi heyətin sağlamlıq vəziyyəti yaxşı olduğu açıqlanıb.

Mənbə: bizim.media