İctimai nəqliyyatda onlayn ödənişlərdə yenə problem yarandı

İctimai nəqliyyatda onlayn ödənişlərdə yenə problem yarandı

Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemində yenidən problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər QR kodun əldə edilməməsi səbəbindən mümkünsüz olub. Nəticədə ictimai nəqliyyatın işində problemlər yaranıb, metroların girişlərində növbələr müşahidə edilir.

Qeyd edək ki, son vaxtlar bu problem tez-tez baş verir.

Mənbə: qafqazinfo.az